Təsərrüfat və ev sənətləri

Saxurların ev sənətləri xalqın ənənəvi həyat tərzi ilə bağlıdır. Saxurlar qədim zamanlardan bəri müxtəlif təsərrüfat növləri ilə məşğul olmuşlar, amma əsas məşğələləri əkinçilik və maldarlıq idi. Saxurlar həm xırda, həm də iri buynuzlu heyvan saxlayırdı, lakin qoyunçuluğa üstünlük verirdilər. Yayda qoyunları Dağıstanın Samur dərəsində saxlayır, payızda isə Kür-Alazan vadisinin qış otlaqlarına sürürdülər. SSRİ dağıldıqdan sonra saxurların təsərrüfatında dəyişikliklər baş vermişdir. 1990-cı illərin əvvəllərində Azərbaycanda yaşayan saxurların qoyunçuluğu zəifləmişdi, indi isə o, təkrar bərpa olunur. Hal-hazırda qoyunlar ölkədən ölkəyə sürülmür, dövlət sərhədləri içərisində qalır. Bu gün Suvagil, Əli-Bayramlı və Gözbarax kəndlərində böyük qoyunçuluq fermaları mövcuddur.

Saxurların təsərrüfatı təbii-coğrafı şəraitdən asılıdır. Dağlıq, dağətəyi və düzənlik bölgələri təsərrüfatın xarakterini müəyyən edir. Dağıstanda ən mühüm təsərrüfat qoyunçuluq olub və qalmaqdadır, Azərbaycanda isə əsas təsərrüfat növləri əkinçilik, bağbanlıq, bostançılıq, dirrikçilikdir. Burada qarğıdalı və tütün yetişdirilir, buğda və yulaf əkilir, bağlarda xurma, alma, qoz və fındıq bitir. Düzənlikdə Muxaxçay, Talaçay v.s-nin bol suları yaxşı məhsul üçün şərait yaradır. Dağıstanda isə əkin sahələri az olduğu üçün saxuların əkinçiliyi zəi inkişaf etmişdir. Buna görə də keçmişdə Dağıstanlı saxurlar Azərbaycandan taxıl satın alırdılar.

Bundan əlavə, saxurlar qədimdən bəri arı saxlayırlar. Qafqazın bitki örtüyünün müxtəlifliyini nəzərə alsaq, burdakı balın nə qədər dadlı və ətirli olduğunu təsəvvür etmək olar! Hazırda bu bölgənin bütün guşələrində saxurlar çox sayda arı pətəyi saxlayırlar. Dağlıq bölgənin balı xüsusilə qiymətlidir. Bundan əlavə, xalq təbabətində baldan və arı yapışqanından geniş istifadə olunur.

Your encouragement is valuable to us

Your stories help make websites like this possible.