Saxurlar və saxur dili

Saxurlar, Qafqazda yaşayan xalqdır. Dağıstanın (Rusiya Federasiyası) və Azərbaycanın aborigen xalqlarından biridir. Saxurlar özlərini "yiqbi" adlandırırlar. "Yiqbi" sözünün mənası "biz dağlıyıq" və ya "biz bir xalqıq", "saxur" sözü isə sak etnonimindən əmələ gəlmişdir. Hal-hazırda saxurların sayı təqribən 70 min nəfərdir. Onların 10 mindən artığı Rusiyada, Dağıstanın Rutul rayonunun qərb bölgəsində, Samur çayının yuxarılarında yaşayır. Bundan əlavə, saxurlar Dağıstanın Babayurd rayonunda, Maxaçqala, Dərbənd, Kizlər və Rusiyanın digər şəhərlərində yaşayırlar. Azərbaycanda sakin olan saxurlar Qafqaz sıra dağlarının cənub yamaclarında, Azərbaycanın şimal-qərb rayonları olan Qax, Zaqatala və Balakən rayonlarında və habelə Bakı, Gəncə, Sumqayıt və Şəki şəhərlərində yaşayırlar.

Saxur dili iber-qafqaz dil ailəsinin şərqi qafqaz (nax-dağıstan dilləri) qrupuna daxildir. Şərqi qafqaz qrupu üç nax və iyirmi altı dağıstan dillərindən ibarətdir. Saxur dili arçin, xınalıq, udi, ləzgi, tabasaran, ağul, rutul, qrız və buduq dilləri ilə birlikdə dağıstan dillərinin ləzgi yarımqrupuna aiddir. saxur dilinə ən yaxın olan qohum dillər rutul, qrız və buduq dilləridir.

Saxur dili, saxur-suvaqil, gelmets və sabunçi olmaq üzrə 3 dialektə bölünür.

Saxurlar danışıqlarında öz dillərinə "yiq`sum" (yiq`iylərin dilləri) deyirlər.

Rəsmən isə "ts`əxna miz" (saxur dili) adı qəbul olunmuşdur. Qədim zamanlardan bəri saxurların yazıları olmuşdur. Bir sıra alimlərin fikrincə, məhz saxur dili qədim alban yazısının əsasını təşkil etmişdir və qədim alban yazısı IXəsrin sonlarına qədər Qafqazda işlənməkdə idi. Hər necə olsa, islam dini bu regionda möhkəmləndikdən sonra Tsaxurda (o dövrdə Saxur, Lakstanın paytaxtı, elmi və mədəni mərkəzi idi) vəzir Nizam-əl Mülkün fərmanı ilə 1075-ci ildə Qafqazda ilk islam ali təhsil müəssisəsi - mədrəsə açılmışdır. Həmin mədrəsədə "Muzaninin kompendiumu" (müsəlman hüquqi və ilahiyyat normativləri  külliyyatı 0 və "İmam Şəfiinin kitabı" (İsmayılın Quranı və Şəfii təfsirləri) ərəb dilindən saxur dilinə tərcümə edilmişdir.

!934-cü ildə professor A.N. Qenko latın qrafikası əsasında saxur dilinin yazısını yaratmışdır. Ondan sonra qafqazşünas və türkoloq S.A. Cəfərov saxur məktəbləri üçün dərsliklər tərtib etmişdir. Bu dərsliklərin çoxu nəşr edilmişdir. !934-1938-ci illərdə məktəblərdə dərslər ana dilində keçirdi. Lakin 4 il sonra saxur dilində dərslərin keçirilməsi və kitabların nəşr olunması dayandırılmışdır. Ancaq 1990-cı ildə saxur yazısı kiril əlifbası əsasında bərpa olunmuşdur (əlifbanın müəllifi, qafqazşünas, f.e.d. Q.X. İbrahimovdur. O həmçinin ibtidai və ali məktəblər üçün bir neçə dərs kitabının müəllifi olmuşdur). Azərbaycanda saxur dili məktəblərdə latın əlifbası əsasında öyrədilir.

Your encouragement is valuable to us

Your stories help make websites like this possible.