Bu günün saxurları

Bu gün saxurların arasında bir çox yaxşı alim, həkim, müəllim, mühəndis, inşaatçı, biznesmen, idmançı və qulluqçular vardır. Onlar zəhmətkeş, çalışqan, yüksək ixtisaslı mütəxəssislərdir. Bir neçədil bilir və dünyanın müxtəlif ölkələrində çalışırlar. Saxurlar alimləri ilə fəxr edirlər. Məşhur alimlərdən biri S.A. Cəfərov, filoloji elmlər doktoru, professor, qafqazşünas alim və türkoloq idi. İllər uzunu Bakı dövlət universitetində çalışmışdır. Saxur məktəbləri üçün dərsliklərin müəllifi olmaqla yanaşı ali təhsil müəssisələri və məktəblər üçün bir sıra dərs vəsaiti və dərslik yaratmışdır.  Başqa bir məşhur alim, dilçi və Dağıstan dilləri üzrə mütəxəssiz, hal-hazırda Dağıstanda yaşayan professor Q.X. İbrahimovdur. Başqa saxur alimlər sırasında Azərbaycanın nəzəri fizikasının banisi fizika-riyaziyyat elmləri doktoru A.İ. Muxtarov, habelə dilçilər A.M. Aslanov, N. İsayev, R.İ. Hüseynov və A.Q. Qarayev; alimlər İ. Əzizov, A. Qurbanov, M. Çobanzadə, S. Karnayev, Ş. Əliyev, Y. Nurməhəmmədov v.b. adlarını çəkmək olar. Həkimlər M. Mahmudov, A. Hacıyev və M. Teyyubov, O. Kərimov, T. Qurbanov, M. Musayev, M. Ağalarov, B. Məmmədov; şairlər Xan Almaz (Almazxan Mirzəyev), Rəşid Mirzəyev ("Yiq`ıy"), Dabız Şövkət, Həmzət, V. Mirzəyev, A. Uluts`əxiy.

Müəllimlər: H. Həsənov, Q. Nusalov, N. Şamxalov, C. Qaziyev, O. Ramazanov. Jurnalistlər: Ə. İsayev, K. Şamxalov, B. Şabanov, B. Abdullayev, K. Omaxanov, Y. Babayev. Belə şəxslərə saxurların böyük hörməti və məhəbbəti vardır. Saxur xalqı həmçinin yaşadığı ölkələrə sosialist əməyi qəhrəmanları Mina Nəzirova və Yəhya Fərzəliyev, Azərbaycan milli qəhrəmanı Natiq Məmmədov və SSRi-nin xalq artisti İsmayıl Dağıstanlı kimi şəxsiyyətləri vermişdirlər. Bundan əlavə, saxurların çoxlu çempion və mükafat almış peşəkar idmançıları vardır.

1941 - 1945 müharibəsində saxurlar çox itkiyə məruz qalmışdır. Cəbhəyə gedənlərin yarıdan çoxu doğma yurdlarına qayıtmamışlar.

Bu gün qloballaşmaya görə bir çox xalqların mədəniyyətlərində qarşısıalınmaz proseslər baş verir. Bir tərəfdən, mədəniyyətlər qarşılıqlı əlaqədə olaraq zənginləşir; digər tərəfdən isə qədim dəyər və ənənələrin itməsi, ana dilinin assimilyasiyası müşahidə olunur. Saxurlar da bu məsələ ilə üzləşiblər. Bu baxımdan, xüsusilə Dağıstanda ana dilini və mədəniyyətini qoruyub saxlamağa meyil daha güclüdür. 1995-ci ildən bəri saxur dilində həftəlik "Nur" qazeti dərc olunur, iki universitetdə məktəblər üçün ana dili müəllimləri hazırlanır, ibtidai siniflər üçün saxur dilində dərs vəsaiti nəşr olunur, "Laçın" uşaq jurnalı çıxır, televiziyada efir vaxtı verilir, radio işləyir və xalq məclisində saxurları təmsil edən bir millət vəkili vardır. Lakin dünyanın bir çox ölkələrində olduğu kimi, burada da doğma dil və mədəniyyətin itmə prosesi baş verir. 1992-ci ildə Azərbaycanda ibtidai siniflərdə saxur dilini tədris etmək planlaşdırıldı. 1996-cı ildə "Alifbey" (Əlifba), 2003-cü ildə isə latın qrafikası əsasında proqram nəşr olunmuşdur. Ancaq bu təhsilin müvəffəqiyyətlə təşkil edilməsi üçün saxur dili müəllimlərinin hazırlanması, müasir dərs vəsaitləri və digər kitabların nəşr olunması tələb olunur. 

Your encouragement is valuable to us

Your stories help make websites like this possible.