Saxurlar, Qafqazın aborigen bir xalqıdır

Saxurların həyatı qədim zamanlardan bəri Qafqaz ilə, Qafqaz dağları və düzənlikləri ilə bağlı olmuşdur. Minlərlə il boyunca göz qamaşdıran ağ qarla örtülü dağ zirvələri, gür-gür axan çaylar, yaşıllığa qərq olan bərəkətli düzənliklər saxurlara sirdaş olmuşdur. Bunlar saxurların xarakterində iz buraxmış və eyni zamanda təbiətə bağlı olmağı, onu sevməyi və ondan qorxmamağı öyrətmişdir. Saxurlar dağ qışı kimi sərt, qədim qayalar kimi vüqarlı və təmkinli, yay otlaqları və çiçəklənən düzənliklər kimi qonaqpərvər, buruq buynuzlu dağkeçiləri kimi səliqəli və qamətlidirlər. "Şarvili" dastanı saxurları belə təsvir etmişdir:

"Sərtdir, dinməzdir saxur,
Amma onun qılıncı,İgidlikdən söhbət açır".

Düzənliklərin və dağların saxurların həyatında xüsusi rolu olmuşdur. Bunlar bir-birini tamamlayaraq saxurların təsərrüfatını birləşdirirdi. O qədim zamanlarda dağlıların əsas məşğuliyyəti olan qoyunçuluq Dağıstanın dağ otlaqları ilə Azərbaycanın düzənliklərini əbədi olaraq birləşdirmişdir. Təhlükəli dağ keçidləri çobanları saxlaya bilməzdi. Onlar qoyun sürülərini Dağıstanın dağ çəmənlərindən qış otlaqlarının yerləşdiyi Kür-Araz ovalığına sürərdilər.

Keçmiş əsrin 60-70- ci illərində Azərbaycanın bəzi saxur dağ kəndləri Suvagil, Q`as, Q`alal, Qarğvay, Əzgilli, Ağdam-Kələl münbit torpaq, qəşəng bağlar və üzümlükləri olan Alazan vadisinə köçürülmüşdür. Ondan sonra Alazan vadisi həmçinin dağlı saxurları da dolandırmağa başladı. Bununla belə, bir çox saxurlar indi də yayda doğma evlərində dincəlmək üçün, düzənliyə enmək istəməyən yaşlı qohumlarınına baş çəkərək Qafqaz dağlarının sərin havasını udmaq üçün əvvəlki kəndlərinə gedirlər. 

Your encouragement is valuable to us

Your stories help make websites like this possible.