Bu gün saxurların arasında bir çox yaxşı alim, həkim, müəllim, mühəndis, inşaatçı, biznesmen, idmançı və qulluqçular vardır. Onlar zəhmətkeş, çalışqan, yüksək ixtisaslı mütəxəssislərdir. Bir neçədil bilir və dünyanın müxtəlif ölkələrində çalışırlar. Saxurlar alimləri ilə fəxr edirlər. Məşhur alimlərdən biri S.A. Cəfərov, filoloji elmlər doktoru, professor, qafqazşünas alim və türkoloq idi. İllər uzunu Bakı dövlət universitetində çalışmışdır. Saxur məktəbləri üçün dərsliklərin müəllifi olmaqla yanaşı ali təhsil müəssisələri və məktəblər üçün bir sıra dərs vəsaiti və dərslik yaratmışdır. Başqa bir məşhur alim, dilçi və Dağıstan dilləri üzrə mütəxəssiz, hal-hazırda Dağıstanda yaşayan professor Q.X. İbrahimovdur. Başqa saxur alimlər sırasında Azərbaycanın nəzəri fizikasının banisi fizika-riyaziyyat elmləri doktoru A.İ. Muxtarov, habelə dilçilər A.M. Aslanov, N. İsayev, R.İ. Hüseynov və A.Q. Qarayev; alimlər İ. Əzizov, A. Qurbanov, M. Çobanzadə, S. Karnayev, Ş. Əliyev, Y. Nurməhəmmədov v.b. adlarını çəkmək olar. Həkimlər M. Mahmudov, A. Hacıyev və M. Teyyubov, O. Kərimov, T. Qurbanov, M. Musayev, M. Ağalarov, B. Məmmədov; şairlər Xan Almaz (Almazxan Mirzəyev), Rəşid Mirzəyev ("Yiq`ıy"), Dabız Şövkət, Həmzət, V. Mirzəyev, A. Uluts`əxiy.